NATO Qrenlandiyaya qoşun göndərilməsi mümkünlüyünü müzakirə edir

A- A A+

NATO ölkələrinin nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı güc yolu ilə ələ keçirməyə cəhd göstərəcəyi təqdirdə mümkün cavab ssenarilərini müzakirə edirlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, müttəfiqlər onlarla Avropa ölkəsinin nümayəndələrinin iştirakı ilə qeyri-rəsmi danışıqlar aparıblar. Danışıqlar zamanı adaya hərbçilərin göndərilməsi məsələsinə də toxunulub. Xüsusilə ABŞ-nin NATO-nun digər üzv dövlətinə hücumu zamanı birlik üzvlərinin NATO müqaviləsinin 5-ci maddəsini tətbiq edib-edə bilməyəcəyi məsələsi müzakirə olunub. Bu maddəyə əsasən, Alyans üzvlərindən birinə hücum onun bütün üzvlərinə hücum kimi qiymətləndiriləcək.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı satın almaq niyyətində olduğunu bəyan edib. Bu bəyanatın fonunda Danimarkanın müdafiə naziri adanın müdafiə xərclərinin artırılmasının planlaşdırıldığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: