Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində ilk səhra hospitalını açıb

A- A A+

Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) Qəzza şəhərində ilk səhra hospitalını açıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.

“Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qəzza şəhərinin əl-Saraya rayonunda yerləşən yeni səhra hospitalında bütün hazırlıq işlərini başa çatdırıblar. Bu hospital şəhərdə əməliyyat, inkubasiya və rentgenoloji şöbələr də daxil olmaqla bir neçə tibb şöbəsinin, həmçinin reanimasiya, təcili yardım və qəbul şöbəsinin fəaliyyət göstərəcəyi ilk tibb müəssisəsi olub”, – PRCS-in məlumatında qeyd olunub.

Təşkilat həmçinin bildirib ki, yeni hospital Qəzza sakinləri ilə yanaşı, anklavın şimalında yerləşən “əl-Qüds” xəstəxanasının xəstələrini və personalını da qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: