Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova istefa verib.
NUHÇIXAN Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə MSK-nın iclasında bildirib.
Qeyd olunub ki, MSK sədri öz istəyi ilə səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılması barədə ərizəsinə baxılmasını xahiş edib. Komissiyanın üzvləri onun qərarını dəstəkləyiblər.
N.Şayldabekova iki dəfə - 2016 və 2021-ci illərdə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.