İsrail Ordusu HƏMAS-ın razılaşmanı pozmasından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib

A- A A+

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib.

NUHÇIXAN xəbər verir ki, onun bəyanatını "Ynet" portalı yayımlayıb.

Nazir hərəkatın girovların azad edilməsi prosesinin dayandırılması barədə bəyanatını razılaşmanın pozulması kimi qiymətləndirib.

"HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının tam pozulmasıdır. Mən İsrail Ordusuna Qəzzada mümkün olan istənilən ssenariyə hazır olmağı və yüksək hazırlıq vəziyyətinə keçməyi tapşırdım", - Katz bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: