Mərakeşin Uazzan əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Maghreb Arabe Press" agentliyi Milli Geofizika İnstitutuna istinadən bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 20 km dərinlikdə, episentri isə Briçka kommunasında yerləşib.
Hadisə nəticəsində dağıntılar olmayıb.