Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

A- A A+

2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan Şırnaka səfəri zamanı söyləyib. O xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.

“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə A.Yerlikaya qeyd edib. O bildirib ki, Milli Müdafiə və Milli Kəşfiyyat Nazirliyi bu işə fəal töhfələrini verirlər.

Nazir Şırnakdakı Qabar dağı ərazisinə də diqqət çəkib: “Bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. Bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: