Somalidə terrorçular hərbi bazaya hücum edib

A- A A+

"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər.

"İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir", - Puntlandın hərbi nümayəndəsi Mohamud Fadiqo agentliyə bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: