BMT Baş katibi HƏMAS və İsraili atəşkəsi qorumağa çağırıb

A- A A+

Qəzza zolağındakı vəziyyətlə əlaqəsi olan bütün tərəflərin vəzifəsi anklavda döyüş əməliyyatlarının yenidən başlanmasına imkan verməməkdir.

NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterriş bildirib.

"Biz Qəzza zolağında böyük faciəyə səbəb olacaq döyüş əməliyyatlarının yenidən başlanmasının qarşısını hər vəchlə almalıyıq. HƏMAS-ı şənbə günü girovların azad edilməsini həyata keçirməyə çağırıram", - baş katib qeyd edib.

A.Quterriş əlavə edib ki, İsrail və HƏMAS atəşkəs razılaşmasının şərtlərində nəzərdə tutulan öhdəliklərinə əməl etməli, Dohada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqları bərpa etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: