Tədqiqatçılar: Kosmik tullantıların Yerin atmosferinə düşməsi riski mülki aviasiyaya təhlükə yarada bilər

A- A A+

Britaniya Kolumbiya Universitetinin yeni araşdırması kosmik tullantıların çoxalması səbəbindən mülki aviasiya təhlükəsizliyinə artan təhdidləri aşkar edib.

NUHÇIXAN “Scientific Reports” nəşrində dərc olunan məlumatlara istinadla xəbər verir ki, Şimali Amerika və Avropa kimi hava axınının intensiv olduğu bölgələrdə kosmik tullantıların aşağı düşmə trayektoriyalarının təyyarə marşrutları ilə kəsişmə ehtimalı 26 faizə çatır.

Özəl şirkətlər tərəfindən geniş miqyasda peyk bürclərinin yerləşdirilməsi və kosmosa buraxılışların sayının artması mülki aviasiya üçün görünməmiş risklər yaradır. Tədqiqatçılar müəyyən ediblər ki, bir təyyarənin kosmik tullantı ilə toqquşma ehtimalı 100.000-də 1-dir, hətta cəmi 1 qram ağırlığında olan kiçik bir fraqment təyyarənin kritik hissələrinə dəysə belə, bu, hava qəzasına səbəb ola bilər.

Hava nəqliyyatının yüksək sıxlığı olan ərazilərdə kosmik tullantıların illik təsir riski 0,8 faiz qiymətləndirilir. Hadisələrin başvermə ehtimalının ən yüksək olduğu ABŞ-ın şimal-şərqində və Avropanın şimalındakı vəziyyət xüsusi narahatlıq doğurur.

Orbitdə 2300-dən çox raket qalığı var ki, bu nəhəng nəzarətsiz parçalar yenidən atmosferə daxil olarsa, uçuşlara potensial təhlükə yarada bilər. Bununla belə, kosmik missiyaların yalnız 35 faizi kosmosda tullantı buraxmır və təkrar emal edilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, kosmik tullantıların təhlükəsiz utilizasiyası üçün müasir texnologiyalar tətbiq edilməsə, gələcəkdə vəziyyət daha da pisləşəcək. Müvafiq nəzarətin olmaması mühüm hava dəhlizlərinin bağlanmasına səbəb olar ki, bu da qlobal aviasiya sistemini əhəmiyyətli dərəcədə poza bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: