“Samsung” şirkəti “Galaxy Tab S5e” planşetini təqdim edib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu, Koreya şirkətinin ən nazik planşetidir. Onun korpusunun qalınlığı 5,1 millimetrdir. Qurğunun çəkisi 400 qram, ekranın diaqonalı isə 10 düym təşkil edir, ekran “Super AMOLED” texnologiyası üzrə hazırlanıb, təsvir ölçüsü 2560x1600 pikseldir.
“Galaxy Tab S5e” planşeti “Android 9 Pie” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Həmçinin bu planşet “Bixby 2.0” səs köməkçisini dəstəkləyir.
Planşet orta sinfə məxsus qurğu kimi təqdim edilir. “Snapdragon 670” prosessoru ilə təchiz edilib. 7040 milliamper/saat tutumunda olan akkumulyator 14,5 saat müddətində avtonom işləməyə imkan verir.