Qəzzaya qayıdan qaçqınlar üçün 3 mindən çox çadır qurulub

A- A A+

Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) əməkdaşları Qəzza şəhəri və ətrafında anklavın şimalına qayıdan qaçqınlar üçün 3 mindən çox çadır və müvəqqəti sığınacaq qurublar.

NUHÇIXAN xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.

PRCS qeyd edib ki, doğma yurdlarına qayıdan qaçqınlar üçün düşərgələr “Qəzza zolağında fəlakətli humanitar vəziyyət şəraitində fələstinlilərə təcili yardım göstərmək” məqsədilə qurulur.

“Qəzzanın şimal hissəsində 1 490 çadır qurulub və paylanıb, şəhər ətrafında isə daha 1 600 müvəqqəti sığınacaq salınıb”, – məlumatda diqqətə çatdırılıb.

Təşkilat həmçinin bildirib ki, yaxın günlərdə anklavın cənubunda, Rəfəh şəhərində qaçqınlar üçün düşərgələr təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: