Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edilib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş prezidenti Petro Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib.

NUHÇIXAN Ukrayna KİV-ə istinadən xəbər verir ki, V.Zelenski bu gün müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Poroşenkoya qarşı sanksiyalar müddətsiz tətbiq olunur, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq.

Sanksiya siyahısında Poroşenkodan başqa İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və Viktor Medvedçukun adları da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: