Netanyahunun ofisi Qəzzadan azad ediləcək girovların adlarını təsdiqləyib

A- A A+

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi sabah azad ediləcək girovların siyahısını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici KİV Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Qətər və Misirdən olan vasitəçilərin dəstəyi ilə bu gün HƏMAS-dan alınan siyahıda Aleksandr (Saşa) Trufanov, Saqi Dekel Hen və Yair Hornun adları yer alır. Bu siyahı İsrail tərəfindən qəbul edilib və ailələrin razılığı ilə dərc edilib", - məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: