Almaniya Prezidenti: Ukraynanı dəstəkləməyə davam edəcəyik

A- A A+

Almaniya ölkədəki siyasi dəyişikliklərə baxmayaraq, təhlükəsizlik məsələlərində NATO və Avropanın etibarlı tərəfdaşı olaraq qalır.

NUHÇIXAN xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 61-ci Münxen Təhlükəsizlik Konfransının açılışında bildirib.

O qeyd edib ki, 24 fevral 2022-ci il tarixi dünya tarixində dönüş nöqtəsi olub. Bu tarixdə Rusiya beynəlxalq hüququ pozaraq Ukraynaya hücum edib. Ştaynmayer vurğulayıb ki, Almaniya ABŞ-dən sonra ikinci ən böyük donor olaraq Ukraynaya humanitar, maliyyə və hərbi yardım göstərməyə davam edir.

"24 fevral 2022-ci il - Rusiyanın beynəlxalq hüququ pozaraq Ukraynaya hücum etdiyi, Putinin Avropa təhlükəsizlik nizamını dağıtdığı gündür. Ukraynalılar üç ildir hər gün öz ölkələri, azadlıqları uğrunda mübarizə aparırlar. Biz üç ildir ki, onların yanındayıq, humanitar və maliyyə yardımı göstəririk, amma hər şeydən əvvəl silahla kömək edirik. ABŞ-dən sonra ikinci ən böyük donor olan Almaniya təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırıb", - siyasətçi bildirib.

O əlavə edib ki, Almaniya təhlükəsizlik xərclərini xeyli artırıb və bu davam etməlidir. Bundesver müharibələrin qarşısını almaq üçün daha güclü olmalıdır.

Ştaynmayer həmçinin vurğulayıb ki, Avropa Almaniyanın xarici siyasətinin mərkəzi olaraq qalacaq və NATO-nun gələcəyi Avropa və ABŞ arasında yükün bərabər bölüşdürülməsini tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: