Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib
Son həftələrdə Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın daha bir adası- Niyozda da fövqəladə vəziyyət elan olunub.
NUHÇIXAN xəbər verir ki, Yunanıstan tərəfindən verilən açıqlamada adada bu rejimin martın 14-dək davam edəcəyi, təlim-tədris sisteminə isə fevralın 17-dək ara verildiyi bildirilir.
Qeyd edək ki, son iki həftə ərzində Yunanıstanın Yamurqi, Anafiya və Santorini adalarında da fövqəladə hal elan edilmişdi.