İsrail Müdafiə Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Sidon bölgəsində avtomobilə zərbə endirməsi nəticəsində öldürülən şəxsin adı açıqlanıb.
NUHÇIXAN yerli LBC telekanalına istinadən xəbər verir ki, bu şəxs HAMAS-ın Livandakı hərbi qanadının lideri Məhəmməd Şahindir.
Məhəmməd Şahin əsasən təşkilatın bu ölkədəki fəaliyyətinin koordinasiyasını həyata keçirib.