Ankarada saxta spirtli içkidən ölənlərin sayı 54-ə çatıb, 40 nəfər reanimasiyadadır

A- A A+

Ankarada saxta araq qəbulundan ölənlərin sayı 54-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

"Daxil olan məlumatlara görə, Ankarada 54 nəfər saxta spirtli içki qəbulundan ölüb, 40 nəfər isə reanimasiyadadır. Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 28 nəfər şübhəli şəxs qismində həbs edilib", - prokurorluqdan bildirilib.

Xatırladaq ki, yanvar ayında İstanbulda saxta spirtli içkidən ölənlərin sayının 37 nəfərə çatdığı bildirilmişdi. Onların arasında Türkiyə, Özbəkistan və Türkmənistan vətəndaşları olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: