Peskov: İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir

A- A A+

İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov IRNA agentliyinə müsahibəsində bildirib.

"Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçıları siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll edilə bilər və həll edilməlidir", - Peskov qeyd edib.

Onun sözlərinə görə, Moskva İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehrana yardım göstərməyə hazırdır.

Peskov Rusiya-ABŞ danışıqlarının başlanmasının Rusiya ilə İran arasında gələcək əməkdaşlığa təsir göstərməyəcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: