Kreml: Putin Zelenski ilə danışıqlar aparmağa hazırdır

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmağa hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə də danışıqlar aparacaq. Bununla yanaşı, razılaşmaların hüquqi fiksasiyası Zelenskinin özünün legitimliyini mübahisələndirməyin mümkünlüyünü əks etdirən reallıq nəzərə alınmaqla ciddi müzakirə tələb edir", - D.Peskov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: