Mixeil Saakaşvili damarlarında erməni qanı axmadığını sübut edib

A- A A+

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili damarlarında erməni qanı axmadığını sübut edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, sabiq dövlət başçısı “bütün qonşularına hörmətlə yanaşdığını, digər millətlərdən olan vətənpərvərləri sevdiyini” bildirib. Eyni zamanda, onun milliyyəti ilə bağlı şayiələrə son qoymaq üçün ABŞ-da genetik testdən keçdiyini də söyləyən Saakaşvili deyib ki, nəticələr onun 98,3 faiz gürcü olduğunu göstərib. Min il əvvəl insanın etnik mənsubiyyətini aydın göstərən bu test Gürcüstanın sabiq Prezidentinin damarlarında 1 faiz də yunan qanı axdığını müəyyən edib.

Mixeil Saakaşvili özünün Facebook səhifəsində onu da əlavə edib ki, uzun əsrlər boyu onun əcdadları heç bir başqa millətlə qan qarışdırmayıb, təkcə o, avropalı qadınla evlənərək bunu edib. O, testin nəticələrinin surətini də səhifəsində yerləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: