Qəzzada 600 minə yaxın uşaq peyvənd ediləcək

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu poliomielit virusunun yayılması ilə əlaqədar Qəzza zolağında 600 minə yaxın uşağı peyvənd edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 22-dən 26-dək 10 yaşa qədər 591 mindən çox uşaq peyvənd olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindən götürülmüş nümunələrin 88%-də virusun mövcudluğu müəyyən edilib. Buna səbəb isə virusun dağılmış infrastruktur səbəbindən yaranan antisanitar şəraitdə sürətlə yayılmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: