Ermənistanda A “H1N1” və “H3N2” virusları tüğyan edir

A- A A+

Ermənistan Səhiyyə Nazirliyi həyəcan təbili çalır. İşğalçı ölkədə A “H1N1” və “H3N2” virusları tüğyan edir.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanda “donuz qripi” 10 nəfərin həyatına son qoyub. Onlardan 7-si azyaşlıdır. H1N1 virusu ilə yanaşı, H3N2 qripinə yoluxma riski də artıb. Ermənistan Səhiyyə Nazirliyi bildirilir ki, yüzlərlə uşağın tənəffüs orqanlarında kəskin infeksiyalar aşkarlanıb. Bu əlamətlə bağlı xəstəxanalara bu il yanvarın 1-dən 702 xəstə müraciət edib ki, onların da əksəriyyəti beş yaşına kimi olan körpələrdir.

Hökumətin icra strukturlarında 30 faiz ixtisarın gözlənilməsi ilə bağlı açıqlaması isə narazılıqları daha da artırıb. Ölkə baş nazirinin keçirdiyi toplantıda məlumat verilib ki, ixtisarlar 10 vilayəti əhatə edəcək. Əvvəlcə icra hakimiyyətlərində şöbələr ləğv olunacaq. Bundan başqa, bölgələrin mənzil kommunal təsərrüfatı birliyində çalışanları da ixtisar gözləyir. Bu prosesə ilkin olaraq Şirak vilayətindən başlanılacaq. Erməni ekspertlər bildirirlər ki, hökumətin bu addımı bölgələrdə işsizlər ordusunun sayına ciddi təsir edəcək və sonda böyük etirazlara səbəb olacaq. Artıq narazılıqlar başlayıb. Ermənistanın ayrı-ayrı vilayətlərindən gələnlər hökumət binası qarşısında toplaşaraq işlə təmin olunmalarını tələb edirlər. Etirazçıların sözlərinə görə, hökumət əvvəlcə onlara yeni iş yerləri yaradıb, sonra bu addımı atmalı idi. Onsuz da əyalətlərdə sosial vəziyyət daha ağırdır. İxtisarlarla bağlı xəbərlər insanların təlaşını daha da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: