Yeni Zelandiya hökuməti “Google” və “Facebook” kimi informasiya texnologiyaları nəhəngləri üçün vergiləri artırmağa hazırlaşır.
NUHÇIXAN Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Casinda Arden bu kompaniyaların ölkədə böyük pullar qazandıqları, lakin büdcəyə az vəsait ödədikləri üçün hazırkı vergi sisteminin ədalətli olmadığını hesab edir.
Bununla bağlı hökumət beynəlxalq informasiya texnologiyaları kompaniyalarına Yeni Zelandiyada əldə etdikləri gəlirlərinin 2-3 faizi həcmində vergi tətbiq etmək istəyir. Analoji qərarın bu sahədə vergi qanunvericiliyini dəyişməyə hazırlaşan digər dövlətlər tərəfindən də müzakirə edildiyi bildirilir.
Yeni Zelandiyada yeni vergilər artıq növbəti ildən tətbiq oluna bilər.