Türkiyədə silahlı dəstəyə qarşı əməliyyat keçirilib, 12 nəfər tutulub

A- A A+

Türkiyədə silahlı mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, mərkəzi Diyarbəkir olan 3 vilayətdə silahlı mütəşəkkil cinayətkarlara qarşı əməliyyatda saxlanılan 21 şübhəlidən 12-si həbs edilib.

Saxlanılan şəxslər Diyarbəkir, Mersin və Aydında narkotik satışı, qəsdən adam öldürmə, talama kimi bir çox cinayətlərdə ittiham olunurlar.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı külli miqdarda narkotik vasitə, silah-sursat ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: