Kanadanın Baş naziri Castin Trüdo, İspaniyanın Baş naziri Pedro Sançes, EstoniyanınBaş naziri Kristen Mixal, Litva Prezidenti Gitanas Nauseda və Latviya Prezidenti Edqars Rinkeviçs Kiyevə səfər edib.
NUHÇIXAN "Associated Press"ə istinadən xəbər verir ki, onların əsas məqsədi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 3-cü ildönümü ilə əlaqədardır.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta da eyni məqsədlə Ukraynaya gediblər.