Brüssel Rusiyanın səkkiz media orqanının yayımını dayandırıb

A- A A+

Brüssel Moskvaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində Rusiyanın səkkiz media orqanının Avropa İttifaqı ərazisində yayım lisenziyasının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.

“Avropa İttifaqı Şurası bu gün Rusiya rəhbərliyinin daimi nəzarətində olan səkkiz media orqanının yayım lisenziyasının dayandırılması barədə qərar qəbul edib”, - deyə sənəddə bildirilir.

Sanksiyalar “Fondsk.ru”, “Lenta.ru”, “News Front”, “RuBaltic”, “SouthFront”, Strateji Mədəniyyət Fondu, “EADaily” xəbər agentlik və portallarına və “Zvezda” telekanalına aiddir.

Lakin məhdudlaşdırıcı tədbirlər həmin media orqanlarının və onların əməkdaşlarının Avropa İttifaqında araşdırma və müsahibələr aparması kimi fəaliyyətlərini qadağan etmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: