Türkiyənin 16 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb

A- A A+

Son bir həftə ərzində Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə yazıb.

Nazir qeyd edib ki, “GÜRZ-47” kod adlı əməliyyat xüsusilə Ankara, İstanbul, Eskişehir, Kayseri və Samsun kimi böyük vilayətləri əhatə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri kəşfiyyat və prokurorluq orqanları ilə razılaşdırılıb.

Axtarışlar zamanı dövlət qeydiyyatına alınmamış silah-sursat və qanunsuz ədəbiyyat aşkar edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, terrorizmin təzahürlərinə qarşı mübarizə terror təhlükəsi tam aradan qaldırılana qədər davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: