Çin Ukrayna böhranının aradan qaldırılması cəhdlərini alqışlayır

A- A A+

Çin Rusiyanın və müvafiq tərəflərin Ukrayna böhranını həll etmək üçün müsbət səylər göstərdiyini görməkdən məmnundur.

NUHÇIXAN xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Çin lideri tarixin və reallıqların Çin ilə Rusiyanın yaxın qonşu və səmimi dost olduğunu sübut etdiyini, tərəflərin bir-birini daim dəstəklədiyini vurğulayıb.

O əlavə edib ki, nadir strateji dəyərə malik olan Çin-Rusiya əlaqələri heç bir 3-cü qüvvəyə qarşı yönəlməyib və heç bir kənar qüvvə tərəfindən təsirlənə bilməz.

Qeyd edək ki, bu, ABŞ və Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı danışıqların başlamasından sonra Si Cinpin ilə Vladimir Putinin ilk ünsiyyətidir. Dövlət başçılarının sonuncu ünsiyyəti Donald Trampın ABŞ-da prezident vəzifəsinin icrasına başlamasından bir gün sonra olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: