Kolumbiyada yük maşını dərəyə aşıb, 8 əsgər ölüb

A- A A+

Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə aşması nəticəsində 8 əsgər həlak olub, 16-sı isə yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Narinyoda yol qəzasında ölkəmizə və Kolumbiya xalqına xidmət edən 8 əsgər həlak olub. Bu çox üzücü hadisədir və ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə o qeyd edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 metr hündürlükdən düşən yük maşınında 36 əsgər olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: