Polşa Rusiyanın hərbi fəallığı səbəbilə HHM sistemlərini aktivləşdirib

A- A A+

Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi səbəbindən Polşa Hərbi Hava Qüvvələrinin balansındakı qırıcıları havaya qaldırıb, eləcə də Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hazır vəziyyətə gətirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Komandanlığı “X” hesabında paylaşım edib.

Hərbi Hava Qüvvələrinə məxsus radiolokasiya kəşfiyyatı həyata keçirən qurğular da işə düşüb.

Polşa ordusunun sonuncu belə aktivliyi fevralın 1-də qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: