Tailandda turist avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 20-yə yaxın şəxs yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Tairath” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, qəza paytaxt Banqkokdan 120 km aralıda yerləşən Praçinburi əyalətində baş verib. Hadisə 200 nəfərlik tur qrupu üç avtobusda daşınarkən baş verib. Sonuncu avtobus idarəetməni itirib və aşıb.
Avtobusun içində 49 nəfər olub. Yaralılar xəstəxanaya çatdırılıb. Xilasedicilər itkin düşənləri axtarır. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.