Avropa beynəlxalq səhnədəki təsir qüvvəsini itirməkdə davam edir, onun dünya düzənindəki statusu isə zəifləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı yazır.
Məqalədə qeyd edilir ki, Avropa ciddi problemlərlə, o cümlədən siyasi parçalanma və güclü liderliyin olmaması ilə üzləşir. Nəşr iddia edir ki, artan geosiyasi rəqabət kontekstində qitə əvvəllər Vaşinqtonla əməkdaşlıq vasitəsilə təmin edilən balansı artıq müstəqil şəkildə qorumağa məcburdur. Lakin Avropanın bu məsələləri həll etmək imkanları məhduddur.
“Uzun illərdir parçalanmaqda olan bu nizam ordusu və faktiki olaraq heç bir mütəşəkkil qüvvəsi olmayan dövlətlər konfederasiyası olan, ölkələri kəskin siyasi böhran və zəif liderlik dövrünü yaşayan Avropanın çiyinlərində yük olacaq”, - məqalə müəllifləri bildiriblər.