İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Etemad” qəzetinin “Qurumuş Urmiya gölünə niyə yağış yağmır?” başlıqlı məqaləsində bildirilib.
Qəzetin yazdığına görə, Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir.
Məqalədə yazılıb ki, iqlim dəyişikliyi gölün qurumasında mühüm rol oynayıb. Müəllif qeyd edib ki, qlobal istiləşmə su hövzəsində temperaturun artmasına səbəb olub:
“Urmiya gölünün su ehtiyacının 60-70 faizini yazda qarın əriməsi təmin edir. Daha az qar əriyərsə, gölə az şirin su toplanar”.
Məlumata görə, qlobal istiləşmə, insanların sudan düzgün istifadə edə bilməməsi nəticəni pisləşdirir. Əkinçilik və kənd təsərrüfatının başqa sahələrində gölə axan sudan yanlış istifadə Urmiya gölünün qurumasına yol açıb.