Ukrayna yenidənqurma layihələrinin siyahısını Türkiyəyə təqdim edib

A- A A+

Ukrayna yenidənqurma layihələrinin siyahısını Türkiyəyə təqdim edib, yazda bu layihələr üzrə tenderlərin keçirilməsi gözlənilir.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.

Bildirilib ki, Ukraynanın müvafiq idarələri tərəfindən tərtib edilən və ölkənin Türkiyədəki səfirliyi vasitəsilə ötürülən bu siyahıya icrası təcili olan və bu il həyata keçirilməli olan layihələr daxildir. Tenderlərin aprel-may aylarında keçirilməsi planlaşdırılır.

Siyahıya enerji və enerji səmərəliliyi, sosial evlərin tikintisi, su təchizatı sistemləri və digər sahələrdə layihələr daxildir.

Türkiyə Ukraynanın bərpasında iştirak etməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Yerli podratçılar münaqişə başa çatdıqdan sonra ölkənin şəhərlərinin və infrastrukturunun yenidən qurulmasında fəal şəkildə iştirak edə biləcəklərinə ümid edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: