Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir

A- A A+

Ermənistan müdafiə nazirliyi ölkənin silahlı qüvvələrində yay hərbi xidmətə çağırış və tərxisetmə müddətləri ilə bağlı hökumətin qərar layihəsini dərc edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sənədə əsasən, müddətli hərbi xidmətə yay çağırışı aprelin 14-dən iyulun 31-dək aparılacaq, lakin çağırışçılar hərbi hissələrə iyunun 23-dən iyulun 31-dək göndəriləcəklər.

Eyni zamanda, iki il xidmət etmiş çağırışçıların tərxis olunması da həyata keçiriləcək.

Ermənistanda qış çağırışı 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 31-dək aparılıb, çağırışçıların orduya göndərilməsi isə yanvarın 7-dən başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: