Fransa vətəndaşlığı da olan israilli girov Ohad Yaalominin meyiti fevralın 27-də İsrailə təhvil veriləcək.
Bu barədə NUHÇIXAN TASS-a istinadən xəbər verir.
Məlumata görə, bunu HƏMAS-ın müttəfiqlərindən biri - "Xalq Müqavimət Komitələri" hərəkatının hərbi qanadı olan Fələstinin "Ən-Nasir Salah əd-Din Briqadaları" radikal qruplaşması da təsdiqləyib.
“İsraillə razılaşmanın bir hissəsi olaraq biz fevralın 27-də Ohad Yaalominin meyitini qarşı tərəfə təhvil vermək qərarına gəldik”, - qrupun rəsmi nümayəndəsi Əbu Ataya teleqram kanalında yazıb.