Pakistanla Özbəkistan bütün sahələrdə əməkdaşlığı gücləndirəcəklər

A- A A+

Pakistan və Özbəkistan ticarət, nəqliyyat, enerji və mədəni mübadilə sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu səhər əziz qardaşım, Prezident Şavkat Mirziyoyevlə rəsmi danışıqlar aparmaq üçün görüşmək mənim üçün şərəf idi. Biz əsas diqqəti ticarət, logistika, enerji əməkdaşlığı və mədəni mübadilənin gücləndirilməsinə yönəltdik. Ortaq qətiyyətimizi nəzərə alaraq, bir daha təsdiqləyirik ki, ticarətdən başlayaraq qarşılıqlı fəaliyyətə qədər ikitərəfli əlaqələrimizin bütün aspektlərini inkişaf etdirəcək, tərəfdaşlığımızın möhkəmləndirilməsi üzərində işləyəcək, xalqlarımızın rifahı üçün yeni imkanlar yaradacağıq", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: