Çində gəmilər toqquşub, ölən və yaralananlar var

A- A A+

Çinin Hunan əyalətində sərnişin gəmisinin neft dağılmalarını aradan qaldıran gəmi ilə toqquşması nəticəsində 14 nəfər itkin düşüb, daha iki nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Yuanşuy çayında baş verib. Sərnişin gəmisi çayı keçərkən texniki gəmi onun arxa tərəfinə çırpılıb. Göyərtəsində 19 sərnişinin olduğu gəmi aşıb.

Texniki gəmi insidentdən sonra sahilə yan alıb. Onun ekipajının 3 üzvü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: