Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verib

A- A A+

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım parlamentin sabiq rəhbərləri və 27-ci dövr millət vəkillərinə vida mərasimində çıxışı zamanı vəzifəsindən istefa verdiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, istefa ərizəsini tədbirdən sonra təqdim edəcəyini bildirən B.Yıldırım yeni spiker seçilənədək vəzifəsini icrasının İstanbuldan millət vəkili Cəlal Adana həvalə etdiyini diqqətə çatdırıb.  

B.Yıldırım istefa verməsinin əsas səbəbini bələdiyyə sədrliyinə namizədliyini irəli sürməsi ilə əlaqələndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: