Fransalı nazir 1968-ci il Fransa-Əlcəzair müqaviləsinə yenidən baxılmasını tələb edir

A- A A+

Əlcəzair vətəndaşları üçün xüsusi viza rejimini müəyyən edən 1968-ci il Fransa-Əlcəzair müqaviləsinə yenidən baxılmalı və sərtləşdirilməlidir.

NUHÇIXAN Fransa mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın dövlət qulluğu naziri Loran Markanjeli miqrasiya məsələləri üzrə nazirlərarası görüş ərəfəsində bildirib.

"Yəqin ki, Əlcəzairlə münasibətlərimiz müzakirə olunacaq. Mən 1968-ci il Fransa-Əlcəzair müqaviləsinə yenidən baxılmasını vacib hesab edənlər arasında yer alıram", - Markanjeli vurğulayıb.

Fransada sazişə yenidən baxılması məsələsi əvvəllər də bir neçə dəfə qaldırılıb. Çağırışlar ötən ilin noyabrında fransız-əlcəzairli yazıçı Boualem Sansalın Əlcəzairdə saxlanması və ölkə hakimiyyətinin Fransadan deportasiya edilən bloger Dualemnanı qəbul etməkdən imtina etməsi fonunda daha da güclənib.

Görüşdən sonra baş nazir Fransua Bayrunun Fransanın Əlcəzairə qarşı miqrasiya siyasətinin tənzimlənməsinə yönəlmiş yeni təşəbbüslər təqdim edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: