“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb

A- A A+

“Tesla” şirkətinin səhmləri ucuzlaşmağa davam edir və bu, ABŞ-ın elektrik avtomobil istehsalçısının kapitallaşmasının son üç ayda ilk dəfə 1 trilyon dollardan aşağı düşməsinə səbəb olub.

NUHÇIXAN “MarketWatch” saytına istinadla xəbər verir ki, fevralın 25-də şirkətin səhmləri 8,4 faiz ucuzlaşaraq 302,8 dollara enib və bu, ötən il noyabrın 7-dən bəri ən aşağı göstəricidir.

Səhmlərdə qiymət enişi “Tesla”nın Avropada satışlarının azalması ilə izah edilır.

Almaniyanın VDA ticarət qrupunun məlumatına görə, yanvar ayında ölkədə “Tesla” avtomobillərinin satış həcmi 60 faiz aşağı düşüb. Bundan başqa, Amerika avtomobil istehsalçısının Fransadakı satışlarının da yanvar ayında 63 faiz azaldığı bildirilib. Böyük Britaniyada isə ötən ay elektrik avtomobil bazarı 42 faiz artsa da, “Tesla” satışlarında səkkiz faizlik geriləmə qeydə alınıb.

Analitiklərin sözlərinə görə, İlon Maskın ABŞ siyasətində artan iştirakı Avropada narahatlıq doğurur, lakin son ayın məlumatlarına əsaslanaraq nəticə çıxarmaq hələ tezdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: