Əfqanıstanda yağışla əlaqədar insidentlər nəticəsində azı 36 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
NUHÇIXAN xəbər verir ki, təbii fəlakət nəticəsində 300-dən çox yaşayış evi dağılıb, yüzlərlə hektar kənd təsərrüfatı sahəsini sel basıb.
Qəndəhar və Helmand əyalətlərində güclü daşqınlar nəticəsində ciddi tələfat və dağıntılar baş verib.
Əfqanıstanın əksər bölgələrində, o cümlədən paytaxt Kabildə yağıntıların davam edəcəyi proqnozlaşdırılıb.