Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda danışıqlara başlayıb

A- A A+

İstanbulda Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında iki ölkənin səfirliklərinin fəaliyyətinin bərpası məsələsi ilə bağlı danışıqlar başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Görüş ABŞ baş konsulunun iqamətgahında keçirilir.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, görüşün nəticələrinə əsasən, bu istiqamətdə tərəflərin nə qədər sürətli və effektiv şəkildə irəliləməsinin mümkün olacağı bəlli olacaq.

ABŞ Dövlət Departamentindən CNN-ə verilən məlumata görə, İstanbul görüşündə diplomatların fəaliyyəti üçün tələb olunan viza və bank əməliyyatları, personal sayı ilə bağlı məsələlər müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: