Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

A- A A+

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq, irəli qaçmağa gərək yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

"Bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var. Hazırda İstanbulda ekspertlər səviyyəsində görüş keçirilir, diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər. Hələlik qabağa qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək “, - Peskov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: