Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcək

A- A A+

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyini deyib. 

NUHÇIXAN xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Bir həftədən sonra biz onunla Moskvada görüşəcəyik və bütün məsələlər barədə ətraflı danışacağıq”, - o amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

Moskvada keçiriləcək görüşün bir sıra aktual beynəlxalq problemlərin, o cümlədən nadir torpaq metalları üzrə ABŞ-Ukrayna razılaşması və regional təhlükəsizlik məsələlərinin hərtərəfli müzakirəsi üçün platformaya çevriləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: