İran AES-də elektrik enerjisi istehsalını üç dəfə artırmağı planlaşdırır

A- A A+

İran 2029-cu ilədək atom elektrik stansiyasında enerji istehsalını üç dəfə artırmağı planlaşdırır.

NUHÇIXAN “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerji Təşkilatının başçısı Məhəmməd İslami bildirib.

Onun sözlərinə görə, 2029-cu ilin martınadək AES-də elektrik enerjisinin istehsalını 2 min meqavatt/saat, min meqavatt/saatdan 3 min meqavatt/saatadək artırmağı planlaşdırırlar.

Təşkilatın başçısı deyib ki, Buşehr AES-də iki enerji blokunun tikintisi işləri də sürətlənib, “Karun” stansiyasında isə inşaat işləri bərpa edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: