Lukaşenko ABŞ-nin Ukraynaya təklif etdiyi nadir torpaq metalları ilə bağlı sazişi şərh edib

A- A A+

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Ukraynaya təklif etdiyi nadir torpaq metalları ilə bağlı sazişi şərh edib.

NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, amerikalı bloger Mario Naufalla müsahibəsində Belarus lideri bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib.

A.Lukaşenko bu razılaşmanı qəribə adlandırıb, çünki amerikalılar Ukraynadan ən vacib ehtiyatları – nadir torpaq materiallarını və s. verməyi tələb edirlər.

"Mən öz mövqeyimi Putinə bu mənada izah etdim. O, "amerikalılar açıq qapıdan soxulmağa çalışırlar, Rusiyada da bu var, biz onlarla razılığa gəlib işləyə bilərik" dedi”, - Belarus Prezidenti bildirib.

Bundan əvvəl, fevralın 26-da ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə mümkün sazişi 1 trilyon dollar dəyərində qiymətləndirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: