İsraildə sürücü maşını piyadaların üstünə sürüb və nəticədə 13 nəfər xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, insident Hayfa rayonunun Pardes-Hana kəndi yaxınlığındakı avtobus dayanacağına yaxın şossedə baş verib. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Polis hadisəni terror aktı kimi qiymətləndirib və bildirib ki, avtomobilin sürücüsü artıq zərərsizləşdirilib. Vurğulanıb ki, hadisəni törədən 53 yaşlı fələstinli qeyri-qanuni olaraq İsrail ərazisində yaşayıb və İordan çayının qərb sahilindəki Cenin şəhərindən olub.