Tramp Ukrayna ərazilərinin qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb

A- A A+

Amerika prezidenti Donald Tramp Rusiya Federasiyasının nəzarətinə keçən ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Stramerlə görüşündə çıxışı zamanı deyib.

“Biz bu haqda danışacağıq, görəcəyik ki, bunun çoxunu Ukraynaya qaytara biləcəyik”, - deyə o bildirib.

Bir gün əvvəl Tramp Ağ Evdə öz kabinetinin ilk iclasında konkret hansı kompromislərdən danışdığını dəqiqləşdirmədən Rusiya-Ukrayna münaqişəsinin uğurla həlli üçün Rusiyanın güzəştə getməli olacağını bildirib.

Hazırda Krım və Ukraynanın şərqində ölkə ərazisinin təxminən 20%-ni təşkil edən əhəmiyyətli ərazilər Rusiyanın nəzarəti altındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: