ABŞ Federal Ticarət Komissiyasının əməkdaşları USAID-in binasına köçürüləcək

A- A A+

Milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) yaxın aylarda Vaşinqtondakı Federal Ticarət Komissiyasının (FTC) əməkdaşlarının USAID-in yerləşdiyi binaya köçürülməsi ilə bağlı göstəriş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

"Federal Ticarət Komissiyasının əməkdaşlarına çərşənbə günü bildirilib ki, onlar yaxın aylarda hazırkı ofislərini tərk etməli və USAID-in boşaltdığı binaya köçməlidirlər", - agentlik mənbədən sitat gətirir.

Fevralın əvvəlində USAID-in Vaşinqtondakı mənzil-qərargahından lövhələrin çıxarıldığı və girişin bağlandığı barədə məlumat verilib. Agentlik daha sonra ixtisar edilən işçilərin mərkəzi ofisdən şəxsi əşyalarını toplamalarına imkanı verildiyini, lakin bunun üçün cəmi 15 dəqiqə vaxt ayrıldığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: